Tayvanda ölənlərin sayı 16-ya çatdı

19:51 10 Aprel 2024

Aprelin 3-də Tayvanda baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, 1146 nəfərin yaralandığı zəlzələdən sonra itkin düşən 3 nəfərin axtarışları davam edir. 

Zəlzələdən ən çox zərər görən yer Taroko Vadisi olub. Axtarış işlərinin hələ də davam etdiyi vadi qeyri-müəyyən müddətə ziyarətçilər üçün bağlanıb.

Türkan

Sitat.info​​​​​​​​​



Xəbər xətti