İsrail HƏMAS liderinin 3 oğlu və nəvəsini öldürüb

20:25 10 Aprel 2024

İsrail Qəzzadakı Əl-Şati Qaçqınlar Düşərgəsində hərəkətdə olan avtomobili vurması nəticəsində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumata görə, İsrail düşərgəyə Fitr bayramını qeyd etməyə gedən İsmayıl Haniyənin ailə üzvlərinin olduğu avtomobili qəsdən hədəf alıb. 

​​​​​​Haniyənin Hazim, Əmir və Məhəmməd adlı oğulları, nəvələri həyatını itirib, digər ailə üzvləri isə yaralanıb.

Türkan 

Sitat.info



Xəbər xətti