Stoltenberq: Ukrayna daha çox gözləyə bilməz

20:35 10 Aprel 2024

Ukrayna daha çox gözləyə bilməz. Onun təcili olaraq havadan müdafiə, sursat və yardıma ehtiyacı var.

Sitat.info xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Ukraynalılar artıq bir çox uğurlara imza atıblar. Onlar daha da artığına nail ola bilərlər. Lakin onların dəstəyə ehtiyacı var. Ukraynaya könüllü töhfələrdən daha çox NATO öhdəliyinə, qısamüddətli təkliflərdən çox uzunmüddətli vədlər lazımdır", - deyə baş katib bildirib.

Stoltenberq qeyd edib ki, Moskva NATO-nun Ukraynaya dəstək olacağını başa düşməlidir.

Türkan 

Sitat.info

 



Xəbər xətti