Ukraynada qadınları səfərbər etməyə çağırıblar

21:30 10 Aprel 2024

Ukraynalı qadınlar hərbi xidmətə getməli və döyüşə hazır olmalıdırlar.

Sitat.info xəbər verir ki, bu sözləri Ukraynanın gender məsələləri üzrə baş hərbi müşaviri Oksana Qriqoryeva deyib.

"Bizim konstitusiyamızda öz vətənini qorumaq hər bir ukraynalının borcudur, ona görə də qadınların da xidmət etməsi düzgündür. İsrail kimi biz də buna hazır olmalıyıq", Qriqoryeva qeyd edib.

Bildirilib ki, hazırda Ukrayna ordusunda 65 min qadın xidmət edir ki, bu da 2021-ci illə müqayisədə 40% çoxdur.

Türkan

Sitat.info



Xəbər xətti