İsrail İordan çayının Qərb sahilində reydlər keçirir

12:09 11 Aprel 2024

İsrail hərbçiləri İordan çayının qərb sahilində iki şəhərdə reyd keçirirlər.

Sitat.info xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail təhlükəsizlik qüvvələri bu gün səhər Beyt-Ummar və İdnu şəhərlərinə daxil olub.

Qeyd edək ki, ötən gün İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Xevron və Tulkarm şəhərlərində reydlər keçirildiyi barədə məlumat yayıb.



Xəbər xətti