İsrailin hücumlarında azı 5 mülki şəxs həlak olub

13:55 11 Aprel 2024

İsrail ordusunun gecə boyu Qəzza zolağına havadan, qurudan və dənizdən təşkil etdiyi hücumlarda ən azı 5 mülki şəxsin həyatını itirdiyi, çoxlu sayda insanın isə yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimal və mərkəzi hissələrini intensiv şəkildə bombaladığı bildirilib.

İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsində bir evi bombalaması nəticəsində 5 mülki vətəndaş həyatını itirib, çox sayda insan isə yaralanıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti