Bütün ssenarilərə hazırıq: Kim bizə zərər verirsə...

17:48 11 Aprel 2024

Biz Qəzzada tam gücü ilə davam edən müharibənin ortasındayıq. Amma digər arenalarda çağırışlarla bağlı ssenarilərə də hazırlaşırıq.

Sitat.info xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Biz sadə bir qayda yaratmışıq: kim bizə zərər verirsə, biz də zərər verərik. Biz hazırıq. İsrail dövlətinin bütün təhlükəsizlik ehtiyaclarını ödəmək həm müdafiə, həm də hücum xarakteri daşıyır”, - o bildirib.

//Axar.az



Xəbər xətti