Rusiya olmadan danışıqlar mənasızdır - Peskov

18:36 11 Aprel 2024

Rusiya olmadan Ukrayna ilə bağlı danışıqlar mənasızdır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna sülh formulu üzrə İsveçrədə keçiriləcək sammitə münasibət bildirərkən deyib.

"Əvvəlcə söhbətin nədən, hansı sülh formulundan getdiyini anlamaq lazımdır. Biz dəfələrlə demişik ki, Rusiya olmadan danışıqlar prosesi mənasız və boşunadır", - o vurğulayıb.

Kreml nümayəndəsi Rusiyanın Ukrayna məsələsi ilə bağlı danışıqlar prosesinə açıq olduğunu əlavə edib.



Xəbər xətti