Son günlər ictimai davranış qaydalarını pozan, əxlaqi mənəvi dəyərlərə hörmətsizlik edən tiktokerlər DİN tərəfindən saxlanılaraq, həbs edilir.
Bu cür hallar sosial şəbəkə istifadəçilər tərəfindən təqdir edilir, tiktok sosial şəbəkəsinə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanır.
Çünki ciddi izləyici kütləsi olan bu şəxslərin gənc nəslin əxlaqını korlayır, mənəvi dəyərləri aşındırır. Bəs görəsən ictimaiyyət nümayəndələri necə düşünür?
Bu şəxslərlə bağlı müvafiq tədbirlər görülməlidirmi? Burada da cəmiyyət iki yerə bölünür. Tiktok-un bağlanmasını istəyənlər və istəməyənlər.
Tiktokun bağlanmasını istəməyənlər bu cür cəzalardan sonra tiktokerlərin dərs çıxaracaqlarını deyirlər.
Məsələ ilə bağlə millət vəkili Elman Nəsirov və Ağ partiya başqanı Tural Abbaslı da tiktokerlərlə bağlı fikirlər səsləndirib, bu məsələyə belə münasibət bildirib.
Sitat.info hazırladığı videomaterialı təqdim edir:
Məğrur Salmanov,
Sitat.info