778-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

19:19 11 Aprel 2024

Rusiya müharibənin 778-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 583 təyyarəsi, 270 helikopteri, 20 355 PUA-sı, 500 zenit-raket kompleksi, 15 756 tank və digər zirehli texnikası, 1 266 reaktiv yaylım atəş sistemi, 8 818 artilleriya və minaatanı, 20 887 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti