Netanyahudan İrana mesaj: Kim bizə pislik etsə,...

19:09 11 Aprel 2024

İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binasına endirdiyi hava zərbəsi ilə iki ölkə arasında gərginlik artıb. İsrailin baş naziri Binyamin Netanyahu ad çəkmədən Tehranı üstüörtülü hədələyib və “Kim bizə pislik etsə, biz də ona zərər verəcəyik” deyib.

Sitat.info xəbər verir ki, İsrail baş nazirliyindən verilən yazılı açıqlamaya görə, baş nazir Netanyahu ölkədəki Tel Nof Hava Bazasını ziyarət edərək, İranın mümkün hücumu ilə bağlı qiymətləndirmələr aparıb.

Dəməşqdəki konsulluq binası hədəf alındıqdan sonra İranın İsrailə hücum ehtimalı müzakirə edilib. Netanyahu ölkəsinin müdafiə və hücum baxımından bütün təhlükəsizlik ehtiyaclarını qarşılayacaq vəziyyətdə olduğunu iddia edib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti