Varşavada istifadəsiz tikilidə 4 kişinin meyiti tapılıb. Hadisə ilə bağlı saxlanılan 7 nəfər məhkəmə qərarı ilə həbs edilib.
Sitat.info xəbər verir ki, Polşanın paytaxtı Varşavanın mərkəzində istifadəsiz tikilidə 4 cəsəd tapılıb.
Məlumata görə, polis sökülməyi gözləyən binada apardıqları işlər nəticəsində 4 kişinin cəsədini tapıb. Evsizlərin istifadə etdiyi binada meyitlərdən ikisi müxtəlif mənzillərdə, digər 2-si isə çardaqda və zirzəmidə basdırılmış vəziyyətdə tapılıb.
Kənan Yusif
Sitat.info