İsrail ordusunda qadın əsgərlər xidmətdən imtina ediblər

22:06 11 Aprel 2024

İsrail ordusunda 100-dən çox qadın əsgər bazalarından çıxıb, sərhəd nəzarəti bölməsində xidmət etməyi rədd ediblər.

Sitat.info xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Məlumata görə, təkcə bu həftə sayı 346-ya çatan qadın əsgərlərin yarısı əvvəlcə təlim bazalarına getməkdən imtina edib. Təlimə getməkdən imtina edən qadın əsgərlərin sayı 116-dır.

Müşahidə bölməsinə getməyə razı olmayan qadın əsgərlərin həbs cəzası gözlənilmədiyi, lakin sözügedən əsgərlərin "Tel Hashomer" paylama bazasında bir müddət saxlanıldıqdan sonra başqa yerlərə təyin oluna biləcəyi bildirilib. 

Türkan

Sitat.info



Xəbər xətti