İrandan İsrailə açıq təhdid

22:22 11 Aprel 2024

Qanuni müdafiə zərurətdir. Hələ Suriyanın paytaxtı Dəməşqdəki konsulluq binasına hava hücumu ilə bağlı lazım olanı etməmişik. 

Sitat.info xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“İsrail rejiminin beynəlxalq hüququ, Vyana Konvensiyasını, ayrı-ayrı şəxslərin və diplomatik məkanların toxunulmazlığını tamamilə pozduğu halda qanuni müdafiə vacibdir. Təcavüzkarı cəzalandırmaq lazımdır", - deyə Abdullahian qeyd edib.

Türkan

Sitat.info



Xəbər xətti