Pakistanın cənub-qərbində baş verən avtobus qəzasında ilkin məlumata görə, 17 nəfər ölüb, 16 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Hökumət rəsmilərindən Şahid Rind qəza ilə bağlı açıqlamasında avtobusun Bəlucistan əyalətinə gedərkən Lasbela bölgəsində dərin çuxura düşdüyünü bildirib.
Rind qeyd edib ki, qəza nəticəsində ilkin təsbitlərə əsasən 17 nəfər ölüb, 16 nəfər yaralanıb, 15 nəfər ağır vəziyyətdə Sind əyalətindəki xəstəxanalara göndərilib.
Kənan Yusif
Sitat.info