Hicabına görə işdən çıxarılan qadına bu qədər təzminat ödəniləcək

22:46 11 Aprel 2024

İsveçdə işlədiyi hava yolu şirkətindən hicabına görə qovulan qadına "ayrı-seçkiliyə məruz qaldığı" əsası ilə 14 min dollar  (150 min kron) təzminat ödəniləcək.

Sitat.info xəbər verir ki, bu barədə İsveçin Ayrı-seçkilik üzrə Ombudsmanı Lars Arrhenius açıqlama verib.

“Dini simvollara icazə verməyən və vahid geyim siyasətini həyata keçirən hava yolu şirkəti, heç bir təsir altında qalmadan iş müraciətini qəbul etdiyi halda, onu çıxararaq ayrı-seçkiliyə səbəb oldu", - deyə Ombudsman qeyd edib.

Sözügedən qadın 2023-cü ildə ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Ayrı-seçkilik Ombudsmanına şikayət edib.

Türkan 

Sitat.info



Xəbər xətti