Sloveniya Fələstinin BMT-yə üzvlüyünə səs verəcək

10:01 12 Aprel 2024

Sloveniya BMT-nin Təhlükəsizlik Şurasının iclasında səsvermə zamanı Fələstinin təşkilata daimi üzv kimi daxil olmaq müraciətini dəstəkləyəcək.

Sitat.info xəbər verir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi Sloveniyanın Baş Nazirinin Ofisində Milli və Beynəlxalq Təhlükəsizlik üzrə Dövlət Katibi Voyko Volka istinadən bildirib.

"Sloveniya Fransa və Malta ilə birlikdə respublikamızın səmimiyyətlə inandığı bu qərarı [Fələstinin BMT-yə daimi üzv kimi daxil olmaq müraciətini] dəstəkləyəcək. Hesab edirik ki, Fələstinin BMT-də olmasında layiqdir və təşkilatda söz sahibi olmaq hüququna malikdir", - deyə V.Volk bildirib.



Xəbər xətti