Türkiyədə mindən çox miqrant saxlanıldı

12:37 12 Aprel 2024

Türkiyənin 30 şəhərində Ramazan bayramı günlərində keçirilən “Qalxan-19” kod adlı əməliyyat nəticəsində 1177 qanunsuz miqrant saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“Mobil miqrasiya məntəqələri” adlı xüsusi avtobuslar vasitəsilə şəhərlərin müxtəlif bölgələrində 22 707 xarici vətəndaşın sənədlərinin yoxlanıldığına diqqət çəkən nazir onlardan 1177 nəfərin deportasiya ediləcəyini bildirib.

“Türkiyə qanunsuz miqrasiya baxımından hədəf ölkə və tranzit dövlət olmayacaq”, - nazir bildirib.



Xəbər xətti