Litvada komendantlıq sistemi yaradılır

13:08 12 Aprel 2024

Litvada ölkənin bütün özünüidarə orqanlarında fəaliyyət göstərəcək milli hərbi komendantlıq sistemi yaradılır.

Sitat.info xəbər verir ki, bunu Litva müdafiə naziri Laurinas Kasçyunas deyib.

“Biz daimi komendaturalar şəbəkəsini yaradırıq. Onlar sülh dövründə işləyəcəklər. Komendantlığa təyin edilmiş şəxslər üçün təlimlər, məsləhətləşmələr və digər praktiki və izahat işləri aparılacaq”, - nazir bildirib.



Xəbər xətti