Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.
Sitat.info xəbər verir ki, qəza Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qeydə alınıb.
Qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir. Borunun partlaması nəticəsində 2-ci və 3-cü mikrorayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işlərinə başlayıblar.