İran bu gün İsraili vuracaq: Yüzdən çox PUA, onlarla raket...

18:20 12 Aprel 2024

ABŞ İranın 100-dən çox pilotsuz təyyarə və onlarla raketlə İsrailə qarşı hücumunun aprelin 12-də baş verəcəyini gözləyir.

Sitat.info xəbər verir ki, bu barədə “CBS Nyus” amerikalı məmurlara istinadla məlumat yayıb.

“Cümə günü İranın İsrailə böyük bir hücumu gözlənilir. İsraildəki hərbi hədəfləri hədəf alan 100-dən çox pilotsuz təyyarə və onlarla raketdən istifadə oluna bilər”, - mənbə bildirib.

Mənbənin sözlərinə görə, İsrailin bu böyüklükdə hücuma qarşı müdafiəsi çətin olacaq.



Xəbər xətti