Qəzza hökuməti: İsrail Qəzzada 3 jurnalisti qəsdən hədəfə alıb

19:23 12 Aprel 2024

Qəzzadakı Fələstin hökuməti İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində 3 jurnalisti qəsdən hədəfə aldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Qəzza hökumətinin Media Ofisindən yazılı açıqlama verilib.

Açıqlamada deyilir: "İşğalçı İsrail ordusu, Nusayrat Qaçqınlar Düşərgəsində davam edən hücumlarda 3 fələstinli jurnalisti jurnalistlik vəzifələrini yerinə yetirərkən qəsdən hədəfə alaraq soyqırım savaşını davam etdirdiyini ortaya qoydu".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti