Rusiya: İstanbuldakı razılaşma Ukrayna ilə danışıqlara başlamaq üçün əsas ola bilər

19:27 12 Aprel 2024

Kremlin sözçüsü Dmitri Peskov 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşmanın Rusiya ilə Ukrayna arasında danışıqlara başlamaq üçün əsas ola biləcəyini deyib.

Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.

Rusiya ilə Ukrayna arasında aparılan danışıqlara gəlincə, Peskov bunun yalnız dialoq yolu ilə mümkün olduğunu və Rusiya prezidenti Vladimir Putinin danışıqlara hazır olduğunu  bildirib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti