Ukrayna kömürlə işləyən elektrik stansiyalarını itirə bilər

20:07 12 Aprel 2024

Ukraynada münaqişənin yekununda kömürlə elektrik enerjisi istehsalı olmayacaq.

Sitat.info xəbər verir ki, bu sözləri Ukraynanın enerji tədqiqatları mərkəzinin direktoru Aleksandr Xarçenko deyib.

"Elektrik enerjisinin istilik istehsalı ilə bağlı vəziyyət pisdir. Artıq məlum olub ki, münaqişənin yekununda Ukraynada kömürlə elektrik enerjisi istehsalı olmayacaq", - o qeyd edib.

Ekspert bildirib ki, məlum səbəblərə görə ölkə üzrə nə qədər insanın elektrik enerjisindən ayrılmasını ölçmək hələlik mümkün deyil.

Türkan

Sitat.info



Xəbər xətti