BMT: Sudanda 25 milyon insanın humanitar yardıma ehtiyacı var

21:31 12 Aprel 2024

Sudanda 25 milyon insanın humanitar yardıma ehtiyacı var.

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin Sudandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) direktoru Castin Bredi deyib.

Sudanın dünyanın ən dəhşətli humanitar faciələrindən birinin olduğuna diqqət çəkən Bredi, tərəflər arasında qarşıdurmanın davam etdiyi bir vaxtda vəziyyətin hər keçən gün daha da pisləşdiyini bildirib.

Onun sözlərinə görə, 4 milyonunun uşaq olmaqla 8,6 milyon insan köçkün vəziyyətinə düşüb.

Türkan

Sitat.info



Xəbər xətti