780-ci gün: Rusiyanın itkiləri yeniləndi

12:53 13 Aprel 2024

Ukrayna müharibənin 780-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 452 760 hərbçi, 7 169 ədəd tank, 13 745 ədəd zirehli döyüş maşını, 11 518 ədəd artilleriya sistemi, 1 045 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 756 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 396 ədəd avtomobil texnikası, 9 201 ədəd PUA, 2 088 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 893 xüsusi avadanlıq itirib.



Xəbər xətti