Pakistanda terakt: 11 nəfər güllələndi

14:20 13 Aprel 2024

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların avtomobillərə hücumu nəticəsində 11 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə "News" portalı məlumat yayıb.

Məlumata əsasən, 10-dan çox yaraqlı Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb. Silahlı şəxslər maşınları yoxlamağa , dayanmayanlara isə atəş açmağa başlayıb.

Daha sonra işçiləri daşıyan sərnişin avtobusunu saxlayıb, 9 nəfəri qaçıran yaraqlılar sərnişinləri güllələyərək həlak edib.



Xəbər xətti