780-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

16:46 13 Aprel 2024

Rusiya müharibənin 780-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 583 təyyarəsi, 270 helikopteri, 20 826 PUA-sı, 501 zenit-raket kompleksi, 15 767 tank və digər zirehli texnikası, 1 266 reaktiv yaylım atəş sistemi, 8 849 artilleriya və minaatanı, 20 960 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti