İran XİN başçısı türkiyəli həmkarını yeni əməliyyatın olmayacağına əmin edib

16:34 14 Aprel 2024

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə XİN-ə yaxın mənbə məlumat yaylb.

İran XİN başçısı deyib ki, Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır:

"İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olunmayınca yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək", - mənbə bildirib.



Xəbər xətti