Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

09:37 15 Aprel 2024

Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço məlumat verib.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb”, - deyə o bildirib.

Mexiko şəhər prokurorluğu helikopterin qəzaya uğrama şəraiti ilə bağlı araşdırmaya başlayıb.



Xəbər xətti