İranın ABŞ və İsraillə müharibəsi başlaya bilər

09:51 15 Aprel 2024

Tehran genişmiqyaslı müharibə istəmir. Amma İran və ya İsrailin artıq kölgədən çıxan münaqişəni qızışdırmağa qərar verib-verməyəcəyi bəlli deyil.

Sitat.info xəbər verir ki, bu barədə "New York Times"da yayımlanan məqalədə deyilir.

"İran vəd etdiyi kimi İsrailə hücum etdikdən sonra daha geniş müharibədən qaçmaq istəyəcək, rəsmilər və analitiklər qeyd edirlər ki, iranlılar mülki əhali arasında itkilərin qarşısını almaq üçün yalnız hərbi obyektləri hədəfə alıblar və hücumlarını əvvəlcədən elan ediblər", - məlumatda deyilir.

İran Beynəlxalq Böhran Qrupunun direktoru Əli Vaezi isə qeyd edib ki, İran hökuməti Dəməşqə zərbənin strateji bir dönüş nöqtəsi olduğu qənaətinə gəlib:

"İranın illərdir İsraillə apardığı kölgə müharibəsi indi ABŞ-ın da daxil ola biləcəyi çox real və zərərli münaqişəyə çevrilmək təhlükəsi yaradır".



Xəbər xətti