Sudanda 13 mindən çox insan həyatını itirib

10:42 15 Aprel 2024

Sudanda son bir ildə silahlı qarşıdurma zamanı 13 mindən çox insan həlak olub, 30 mindən çox insan yaralanıb.

Sitat.info xəbər verir ki, bu sözləri ölkənin səhiyyə naziri Heysam Məhhəməd İbrahim deyib.

"Aprelin əvvəlindən Sudanın Xartum və digər əyalətlərində gedən döyüşlər nəticəsində 13 mindən çox insan həlak olub, 30 mindən çox insan yaralanıb", - deyə o qeyd edib.

Nazir baş verənləri ölkə tarixində bütün əvvəlki dövrlərdə baş vermiş əsl fəlakət adlandırıb.

Qeyd edək ki, ötən ilin aprelin 15-dən Sudanda Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında ağır döyüşlər gedir.

Beynəlxalq Qızıl Xaç Komitəsi ölkədə aylarla davam edən döyüşlərin xəstəliklərin yayılmasına və səhiyyə sisteminin ölümcül çöküşünə səbəb ola biləcəyini bildirib.

BMT-nin məlumatına görə, Sudanda 8,2 milyondan çox insan döyüşlər səbəbindən evlərini tərk edib, təxminən 1,7 milyon nəfər isə qonşu ölkələrə qaçıb.



Xəbər xətti