Türkiyə ordusu İraqın şimalında daha 12 terrorçunu zərərləşdirib

14:13 15 Aprel 2024

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında daha 12 PKK terrorçusunu zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xakurk rayonunda terrorçuların gizləndiyi bölgəyə hava zərbəsi endirilib.

Nazirliyin açıqlamasında antiterror əməliyyatlarının həm ölkə daxilində, həm də sərhədyanı bölgələrdə son terrorçu məhv edilənə qədər davam edəcəyi vurğulanıb.



Xəbər xətti