İsrail 150 fələstinlini azad edib

17:27 15 Aprel 2024

İsrail ordusu 27 oktyabr 2023-cü ildə Qəzza zolağına quru işğalı zamanı saxlanılan 150 fələstinlini azad edib.

Sitat.info xəbər verir ki, sözügedən fələstinlilərin təxliyyəsi Qəzza zolağının şərqindəki Kərəm Əbu Səlim (Şalom) Sərhəd Qapısı vasitəsilə həyata keçirilib.

Sərbəst buraxılanlar arasında Qəzzanın cənubundakı Xan Yunis şəhərində 50 gün əvvəl saxlanılan iki Fələstin Qızıl Aypara işçisi də var.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti