Turistlərin sevimli məkanı: Kuşadası

19:32 15 Aprel 2024

Kuşadası Türkiyənin turizm bölgələrinin siyahısında ilk sıralarda yer alır. Dəniz, qum və bol günəşə sahib olması turistlərin bu əraziyə axınını artırır. Turistlərin Kuşadasının sevməsinin başqa bir səbəbi bu ərazidə çoxsaylı tarixi memarlıq abidələrinin olmasıdır. Kuşadası Aydın vilayətinə bağlıdır, təbii gözəllikləri və tarixi abidələri ilə zəngindir.

TNS Kuşadasının gəzməli, görməli yerlərini təqdim edir:

1. Zevs mağarası

Yerli və xarici turistlər arasında o qədər də tanınmadığı üçün gözəlliyini hələ də qoruyub saxlayan mağara Kuşadası Milli Parkının girişində yerləşir. Zevs Mağarası təmiz və buzlu suları ilə tətil edənləri özünə cəlb edən gözəl bir yerdir.

2. Güvercinada (Göyərçin adası)

Güvercinada Kuşadasının simvollarından biridir və turistik yerlər siyahısında mühüm tarixi yerə malikdir. Hacıfeyzullah səmtindəki Güvercinada Kuşadası ilə birləşdirilib. Adanın içərisində dənizdən mümkün hücumların qarşısını almaq üçün nəzərdə tutulmuş qalalar və divarlar var.

Ada möhtəşəm qala və divar quruluşuna malikdir, UNESCO-nun Ümumdünya İrs Saytlarının ilkin siyahısına daxil edilib.

3. Kurşunlu Monastırı

Monastır 690 metr yüksəklikdə qayalıqlar və meşələr üzərində inşa edilib, Bizans dövrünə aiddir.

4. Oleatrium Zeytun və Zeytun Yağı Tarixi Muzeyi

Zeytun və zeytun yağı Egey bölgəsinin əhalisi üçün əhəmiyyətli gəlir mənbəyi olub. Bu gün bölgədə zeytunçuluq xeyli inkişaf edib. Oleatrium Zeytun və Zeytunyağı Tarixi Muzeyi turtistlərin ziyarət etdiyi yerlər arasındadır.

5. Kaleiçi məscidi

Bu tarixi məscid XVII əsrdə inşa edilib. 1.800 kvadratmetr ərazidə tikilən məscidin inşasında tam kəsilmiş daşdan istifadə olunub. Osmanlı dövrünün sənətkarlığını nümayiş etdirən bu məsciddə 550 nəfərin eyni vaxtda namaz qıla bilər.

6. Qədim Milet şəhəri

Qədim şəhər Milet Kuşadasından təqribən 62 kilometr məsafədədir və gündəlik səyahətlər üçün ideal yerdir. Qədim şəhərdə heyrətamiz qədim teatr və Milet muzeyi var.

7. Efes Antik Şəhəri (Efes Antik Kenti)

Efes qədim şəhəri dünyanın ən əhəmiyyətli şəhərlərindən biridir. Eramızdan əvvəl qurulan şəhər həm də ilk yaşayış məskənlərindən sayılır.

8. Məryəm ana kilsəsi

Məryəm ana Kilsəsi İzmirin Səlcuq rayonundan 9 km məsafədə, xristian icması üçün yüksək mənəvi dəyərə malik olan və ziyarət mərkəzi hesab edilən bir ərazidə yerləşir.

9. Artemida məbədi

Dünyanın yeddi möcüzəsindən biri olan Artemida məbədi eramızdan əvvəl 550-ci ildə inşa edilib. Artemida məbədinin tikintisinin təxminən 120 il davam etdiyi bildirilir.

10. Şirincə kəndi

Türkiyə ərazisində ən qədim yaşayış məskənlərindən biri olan Şirincə kəndi (ən çox yunan tarixi binalarının yerləşdiyi yer) Kuşadası şəhər mərkəzindən 30 dəqiqəlik məsafədədir. Bu cənnət kəndi ziyarət etməklə tarixin müxtəlif dövrlərinə səyahət etmiş olacaqsınız.




Xəbər xətti