İsrail Müdafiə Qüvvələri planlaşdırılan hərbi təlimləri açıqlayıb

22:11 15 Aprel 2024

İsrail Müdafiə Qüvvələri (IDF) aprelin 16-da ölkənin şimal hissəsindəki Qaliley bölgəsində hərbi təlimlər keçirəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbi təlim 2024-cü il üçün illik hərbi təlim proqramın bir hissəsi və bütün sahələrdə mümkün təhlükələrə qarşı İDF-nin hazırlığının artırılması çərçivəsində əvvəlcədən planlaşdırılıb.

"Hərbi təlimlərə bölgədə təyyarələrin, eləcə də yerüstü nəqliyyat vasitələrinin və çoxsaylı təhlükəsizlik qüvvələrinin intensiv hərəkəti daxil olacaq", - məlumatda deyilir.

Türkan 

Sitat.info



Xəbər xətti