İsrail mart ayında 6 jurnalisti öldürüb

22:33 15 Aprel 2024

Mart ayında İsrailin jurnalistlərə qarşı həyata keçirdiyi hücumda 6 jurnalist həyatını itirib, 9 jurnalist isə yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyi məlumat yayıb.

Məlumata görə, İsrail mart ayında jurnalistlərə qarşı 105 "cinayət və pozuntu hücumu" həyata keçirib. Bu qanun pozuntuları nəticəsində jurnalistlərə məxsus 12 ev və obyekt dağıdılıb, 8 jurnalist saxlanılıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 140-a çatıb.

Türkan

Sitat.info



Xəbər xətti