Hakan Fidan Qətərə səfər edəcək

12:43 16 Aprel 2024

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 17-də Qətərə rəsmi səfər edəcək.

Sitat.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

Məlumata görə, Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşəcək.

Görüşdə Türkiyə-Qətər münasibətləri ilə yanaşı, Qəzza zolağındakı vəziyyət də müzakirə olunacaq.



Xəbər xətti