Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq olunub.
Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Bildirilib ki, parlament binasına giriş məhdudlaşdırılıb, içəriyə ancaq dəvət olunmuş şəxslər daxil ola bilərlər.
Qeyd olunub ki, təhlükəsizlik tədbirləri Gürcüstan parlamentində "Xarici agentlər haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədardır. Belə ki, qanun layihəsinə etiraz edənlər daha əvvəl parlament binasının qarşısında toplaşıblar. Gürcüstan polisi 14 etirazçını saxlayıb.
Etirazçılar bu gün də etiraz aksiyalarını bərpa edəcəklərini deyiblər.