Uqandada epidemiya: 7 min 500 nəfərdə qırmızı göz xəstəliyi yayılıb

13:04 16 Aprel 2024

Son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayı 7500-ü keçib.

Sitat.info xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında "qırmızı göz" xəstəliyinin ölkə daxilində artdığı qeyd edilib.

Açıqlamada, son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində artan halların Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə cəmləşdiyi qeyd edilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti