Bunu etmək olarsa və Ankara beynəlxalq məhkəmələr vasitəsilə maliyyə məsuliyyətinə cəlb edilə bilərsə, bu, məntiqlidir.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan həmkarı Andranik Köçəryanın “soyqırım” zamanı “öldürülən” 1,5 milyon erməninin adlarının və məlumatlarının siyahısının tərtib edilməsi təklifini şərh edərkən deyib.
“Lakin buna dəhşətli bir hadisə kimi baxsanız, o zaman arifmetika mənasını itirir. Soyqırım olub və soyqırım təkcə fiziki məhv deyil, həm də insanların didərgin salınmasıdır. Soyqırım faktını heç kim inkar edə bilməz”, - o bildirib.
Ağazaryan qeyd edib ki, Ermənistan Türkiyəyə qarşı iddia ilə bağlı heç bir hüquqi akt təqdim edə bilməz:
“Çünki “soyqırım” Osmanlı İmperiyasında baş verib və burada hökumət siyasəti nəticəsində bütöv bir xalq məhv edilib, didərgin düşüb. Biz o zaman dövlət olaraq yox idik, ona görə də tələb edən tərəf ola bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan hər bir insan iddia ilə çıxış edərək hər şeyi əsaslandıra bilsə, bu başqa məsələdir. Biz Türkiyədən heç nə tələb edə bilmərik. Nə deməliyik: bu torpaqları Ermənistana verin? Hansı beynəlxalq normalara əsasən?”
Qeyd edək ki, 24 aprel qondarma “erməni soyqırımı” yaxınlaşdıqca, müxalifətin Paşinyan iqtidarına təzyiqləri artıb. Bu “tarixi gündə” paşinyanın necə çıxış edəcəyi artıq indidən təhdidedici tonda izlənilir. Bu isə hakim partiya üzvlərinin qondarma “soyqırım”la bağlı illərdir uydurulan erməni nağıllarını təkrarlamasına səbəb olur.
//Axar.az