İran tələbə hərəkatı fəalları İsrailə hücumu pislədi

17:27 16 Aprel 2024

İranlı tələbə hərəkatı fəalları, universitet müəllimləri və ictimai fəallardan ibarət 5 təşkilat İranın İsrailə hücumunu pisləyən bəyanat yayıb.

Sitat.info xəbər verir ki, bəyanat qurumların sosial media kanallarında paylaşılıb.

Onlar İranın İsrailə hücumunu pisləməklə yanaşı, SEPAH və Tehran hakimiyyətini Yaxın Şərqdə, eləcə də dünyada “sülh və sabitliyin düşməni” adlandırıblar.

“İran rejimi özünün mövcudluğunu qoruyub saxlamağı dünyanı məhvə doğru sürükləməkdə görür”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bəyanat müəllifləri arasında nüfuzlu və tanınmış müəllimlər, keçmiş siyasi məhuslar və tədqiqatçıların da adı var.



Xəbər xətti