Qəzza zolağında ölənlərin sayı 33 500 nəfəri keçib

17:29 16 Aprel 2024

İsrailin hərbi əməliyyatları başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 33 843 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralıların sayı 76 575 nəfərdir.

"Təkcə son 24 saat ərzində 46 nəfər ölüb, 110 nəfər yaralanıb. Bir çox cəsəd dağıntılar altında qalıb və həkimlər onlara çatmaqda çətinlik çəkirlər, " - deyə qeyd edilib.

Türkan 

Sitat.info



Xəbər xətti