Frank-Valter Ştaynmayer Türkiyəyə gəlir

19:00 16 Aprel 2024

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-də Türkiyəyə 3 günlük səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə bağlıdır.

Frank-Valter Ştaynmayer İstanbulla yanaşı, Qaziantep və Ankarada da olacaq.



Xəbər xətti