Zelenski səfərbərlik haqqında qanunu imzaladı

19:18 16 Aprel 2024

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərlik prosedurunu sərtləşdirən qanunu imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə parlamentin saytında məlumat yayılıb.

Bildirilib ki, qanun bu gün, aprelin 16-da prezidentin imzası ilə geri qaytarılıb.

Ukrayna qanunvericiliyinə görə, qanun prezidentin imzalamasından bir ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Ukrayna Ali Radası aprelin 11-də ikinci oxunuşda səfərbərliyin sərtləşdirilməsinə dair qanun layihəsini qəbul edib.



Xəbər xətti