Putinlə İbrahim Rəisinin telefon danışığı baş tutub

19:52 16 Aprel 2024

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı keçirib və burada Yaxın Şərqdəki gərginlik müzakirə olunub.
Sitat.info xəbər verir ki, Kremldən verilən məlumata görə, Putin və prezident Tehranın tələbi əsasında telefon danışığı aparıb.

Tərəflər İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra Yaxın Şərqdə pisləşən vəziyyəti və İran tərəfindən həyata keçirilən cavab tədbirlərini hərtərəfli müzakirə ediblər. Vladimir Putin ümid etdiyini  bildirib ki, bütün tərəflər ağlabatan təmkin nümayiş etdirəcək və ölkələr üçün fəlakətli nəticələrə səbəb ola biləcək yeni münaqişədən qaçacaqlar.   
 
“TEHRAN GƏRGİNLİYİN ARTMASININ TƏRƏFDARI DEYİL”

Rəisi cavab olaraq qeyd edib ki, İranın hərəkətləri məcburi tədbirlərdir və məhdud xarakter daşıyır və. Tehran regionda gərginliyin daha da artmasında maraqlı deyil.
 
Putin və Rəisi bəyan ediblər ki, hazırda Yaxın Şərqdə baş verən hadisələrin əsas səbəbi həll olunmamış Fələstin-İsrail münaqişəsidir və bu kontekstdə Rusiya və İran Qəzza zolağında təcili atəşkəs üçün lazım olan şərtləri təmin etməli, şiddəti yüngülləşdirməlidir. Humanitar vəziyyət və böhranın siyasi-diplomatik həlli ilə bağlı onların prinsipial yanaşması  digər dövlətlər tərəfindən də təsdiqlənir.

Nərgiz,

Sitat.info



Xəbər xətti