İsrail ordusu Hizbullah komandirini məhv edib

20:12 16 Aprel 2024

İsrail hərbçilərinin Livanda endirdiyi hava zərbəsi nəticəsində Hizbullah şiə hərəkatının "sahil sektoru" komandiri məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"İsrail təyyarəsi Livanın Ayn Ebel bölgəsində Hizbullahın sahil sektorunun komandiri İsmayıl Yusaf Bazı vuraraq məhv edib. İsmayıl Hizbullahın hərbi qanadının bir neçə vəzifəsində yüksək rütbəli və veteran məmur kimi xidmət edib. Onun hazırkı rütbəsi Briqada Komandirinə bərabərdir. Vəzifəsinin bir hissəsi olaraq raket və tank əleyhinə raketlərin buraxılışının təşviqi və planlaşdırılmasında iştirak edib.”, - deyə məlumatda qeyd olunur.

Türkan

Sitat.info

 



Xəbər xətti