Belçikada bomba təhlükəsi: Brüssel Ədliyyə Sarayı boşaldılıb

20:33 16 Aprel 2024

Belçikanın paytaxtı Brüsseldəki Ədliyyə Sarayı bomba təhlükəsindən sonra boşaldılıb.

Sitat.info xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi Belqanın məlumatına görə, Poelaert Meydanında yerləşən Brüssel Ədliyyə Sarayı günorta saatlarında bomba təhlükəsi səbəbindən boşaldılıb.

Federal polis sözçüsü bildirib ki, bir nəfər Ədliyyə Sarayına zəng edərək bomba təhdidi edib. 

Mətbuat katibi bildirib ki, bildirişdən sonra binada axtarış və təxliyə prosesinə başlanılıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti