Putin estafeti qəbul edib

20:39 16 Aprel 2024

Ötən ay Rusiyada keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gələn Vladimir Putin seçki şəhadətnaməsini Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovadan alıb.

Sitat.info xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Pamfilova ilə ofisində görüşüb.

Pamfilova Rusiya Federasiyasının prezidenti seçkilərində qalib gələn Putinə seçki şəhadətnaməsini təqdim edib.

Putin çıxışında həm Mərkəzi Seçki Komissiyasında, həm də yerli işçilərə təşəkkür edərək deyib: “Bu iş çox çətin idi, başa düşürəm. Amma bu, ölkə üçün, dövlətin daxili sabitliyi üçün, xüsusən də bu gün çox vacibdir”.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti