Aİ İrana qarşı sanksiyaları genişləndirəcək

23:06 16 Aprel 2024

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ-nin İsrailə hücumu səbəbindən İrana qarşı mövcud sanksiyalara yeni sanksiyaların əlavə edilməsi üçün işə başlayacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Aİ ölkələrinin xarici işlər nazirləri İranın İsrailə endirdiyi hava zərbələri ilə bağlı fövqəladə onlayn iclasda bir araya gəlib.

İki saatlıq görüşdən sonra açıqlama verən Borrell deyib: "Bu gün İranın hücumlarına qarşı İsrailin yanında olduğumuzu israrla bildirirəm".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti